...

Azərbaycanda avtomobil tələbatında azalma müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir N.İsmayılova/ Azərbaycan bankları tərəfindən kredit vermə həcmləri və müddətinin azaldılmasından sonra yerli bazarda avtomobillərə təlabat azalmağa başlayıb.

Hyundai-ın avtosalonundan bildiriblər ki, bu markalı maşınlarda qiymət endirimi hələ gözlənilmir, lakin avtomobil aksessuarlarına tələbat üzrə cüzi azalma müşahidə olunur.

"Gün ?rzind? satılan avtomobillərin orta sayı 10 -20 ədəd arasında dəyişir. Salonun satdığı avomaşınların minimal sayı 300 - ? bərabərdir", - deyə salondan qeyd edibl?r.

Satış həcmini stabilləşdirməyə kömək edən müxtəlif aksiyalar həyata keçirilir; avtosalon Hyundai markalı müxtəlif növlü avtomobillərin alıcılar?na televizor, monitor maşın aksessuarlar? verir. Salon avtomobilin dəyərinin yarısını dərhal ödəyən alıcıya bir illik faizsiz kredit də təqdim edir.

Salon Bank of Baku ilə əməkdaşlıq edir və kreditə maşın alınanda ilkin ödəniş, illik 24 faiz dərəcəsi ilə, 25 faiz təşkil edir. Avtokredit üç il müddətinə verilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti