...

"Bank of Baku" "Pasa Sıgorta"nı özü üçün tibbi sığortaçı seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2009 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend / "Pasa Sıgorta" şirkəti Azərbaycanın iri bankı "Bank of Baku" üçün korporativ tibbi sığortaçının seçilməsi üzrə müsabiqənin qalibi elan olunub. Seçimin yekunu üzrə "Bank of Baku"nun idarə heyətinin sədri Cəlal Qasımov və "Pasa Sıgorta"nın baş direktoru Nofəl Rzayev arasında müqavilə bağlanıb.

"Bank of Baku"nun tibbi sığorta müqaviləsi bankın Bakıda və Azərbaycanın digər şəhərlərində bank və inzibati xidmətçilərinin müxtəlif kateqoriyaları daxil olmaqla bütün bank personalını əhatə edir. "Bank of Baku"nun tibbi sığorta layihəsi xidməti tibbi sığorta seqmentində ölkədə ən iri bank sığorta layihələrindən biridir.
""Pasa Sıgorta"nı öz tibbi sığortaçısı seçən "Bank of Baku"nun iri maliyyə strukturları sırasına daxil olmasını biz, "Pasa Sıgorta"nın müştərinin maraqlarına yüksək peşəkarlıq və səmtləşdirilmiş tibbi xidmətinə, həmçinin tibbi sığorta seqmentində risklərin idarə edilməsi üzrə düzgün siyasətinə bazarın reaksiyası kimi nəzərdən keçiririk", - deyə "Pasa Sıgorta"nın Tbbi və Travel-Sığorta Departamentinin rəhbəri Ülviyyə Cabbarova bildirib.

Onun sözlərinə görə, bank sektorunda "Pasa Sıgorta"-nın tibbi sığorta üzrə müstəriləri sırasında "Bank Respublika", "Azerdemiryolbank" və "Pasa Bank" kimi adlar var.

""Bank of Baku" ilə müqavilənin imzalanması "Pasa Sıgorta"nı tibbi sığorta üzrə bank bazarı liderləri sırasına çıxarır ki, bu da öz növbəsində bizim üzərimizə tərəfdaş bank əməkdaşlarının artan tələbatının ödənilməsi üçün əlavə məsuliyyət qoyur. Biz əminik ki, bizim keyfiyyətli xarakteristikamiz konkret imkanlar çərçivəsində tərəfdaş bank əməkdaşlarımızın tələblərini maksimum təmin edəcək və çoxillik qarşılıqlı faydalı tərəfdaşlıq üçün baza yaradacaq", - deyə Cabbarova bildirib.

"Pasa Sıgorta"nın multi-provayder servis modeli bazasında hazırlanan korporativ tibbi sığorta proqramı tibbi sığorta çərçivəsində müştərilərin müraciətlərinə 24 saatlıq dəstək həyata keçirir və aparıcı tibb müəssisələrində və apteklər şəbəkəsində müştərilərə göstərilən tibbi xidmət keyfiyyətinə nəzarət edir.

"Pasa Sıgorta" 2007-ci ildən Britaniyanın Moody International Agentliyi tərəfindən xidmət və sığorta məhsullarının keyfiyyətinə nəzarət üzrə ISO 9001:2000 standartına uyğun sertifikatlaşdırlıb, tibbi sığorta xidmətinin işi də bu beynəlxalq standart ilə təmin edilib.

Xəbər lenti

Xəbər lenti