...

Azərbaycanda auditor statusunun alınması üzrə qəbul elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2009 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Auditorlar Palatası auditor vəzifəsində çalışmaq istəyənlər üçün imtahanlar elan edib. Bu barədə rəsmi mətbuat məlumat verir.

İmtahanlara mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsili olan şəxslər buraxılacaq.

İddiaçılar aprelin 1-dək sənədlərini (imtahanda iştirak etmək istəyi barədə ərizə, şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçası) Azərbaycan Auditorlar Palatasına təqdim etməlidirlər.

Arzu edənlər Azərbaycan Auditorlar Palatasının təhsil və elmi araşdırmalar mərkəzinə müraciət etməlidirlər.

İmtahanlar pulu əsasda keçirilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti