...

Azərbaycanın Dövlət Neft Fondu 2008 - ci ili gəlirlə başa çatdırıb – Fondun rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2009 20:59 (UTC +04:00)
Azərbaycanın Dövlət Neft Fondu 2008 - ci ili gəlirlə başa çatdırıb – Fondun rəhbəri

Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir E.İsmayılov/

2008 - ci ildə Azərbaycanın Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən gəlirlilik 3,79 faiz təşkil edib, - ARDNF - ın icraçı direktoru Şahmar Mövsümov çərşənbə günü bildirib.

"Hətta dünya böhranı Neft Fondunun gəlirliliyinə təsir göstərsə belə, 3,79 faiz belə şəraitdə heç də pis göstərici deyil. Buna görə də, bu böhran nöqtəsini keçdiyimizi hesab edirik", - Mövsümov qeyd edib.

Neft Fondu artıq sübut edib ki, dünya böhranından itkisiz çıxıb, - Mövsümov deyib. "Demək olar ki, maliyyə böhranı başa çatıb və iqtisadi böhran başlayır. Biz artıq maliyyə böhranının ən qızğın vaxtından keçmişik", - Mövsümov deyib.

Bu günə ili mənfəətlə başa çatdıran çox az şirkət və fond var. Şirkətlər ili, əsasən, mənfi gəlirliliklə başa çatdırıblar. İnkişaf etmiş ölkələrdə bu mənfi gəlirlilik 30-35 faiz, inkişafda olan ölkələrdə 50 faizdən çox təşkil edir. Rusiyada qiymətli kağızlar bazarı 75 faiz azalıb. Əslində bu, İkinci Dünya Müharibəsindən sonra birinci ən qlobal və uzunmüddətli böhrandır, - Mövsümov deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti