...

Azərbaycan sığorta şirkəti 2008-ci il ərzində fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2009 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir Ü.İsmayılova/  

Azərbaycanın iri sığorta şirkətlərindən biri Ateshgah 2008-ci ildə 2007-ci il ilə müqayisədə yığımları 12 faiz artıraraq 17,54 mln. manata çatdırıb. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında bildirilir.

Ötən il Ateshgah-ın sığortanın könüllü növləri üzrə sığorta haqları 17,44 mln. manat, o cümlədən avtosığorta üzrə 7,38 mln manat, əmlakın yanğından sığortası üzrə 1,15 mln. manat, tibbi sığorta üzrə  1,76 mln. manat təşkil edib.

Sığorta haqlarının qalan həcmi könüllü sığortanın digər növləri üzrə əldə olunub.  

Bu dövr ərzində sığortanın icbari növləri üzrə haqlar 95,2 min manat təşkil edib ki, bu həcmin də 67,9 min manatı OSAQO-nun payına düşüb.

Ateshgah 2008-ci ildə sığorta haqları üzrə ödəmələrə 4,48 mln. manat sərf edib ki, bu da 2007-ci ilin göstiricisini 26,9 faiz üstələyir.

Sığortanın könüllü növləri üzrə ödəmə strukturunun payına 4,29 mln. manat düşüb, o cümlədən könüllü tibbi sığorta üzrə ödəmələr 1,53 mln. manat, avtosığorta üzrə 2,35 mln. manat, əmlakın yanğından sığortası üzrə 132,8 min manat təşkil edib. Ödəmələrin qalan həcmi könüllü sığortanın digər növlərinin payına düşüb.

Ötən il sığortanın icbari növü üzrə 185 min manat ödənilib, onun 100,3 min manatı əmlakın yanğından icbari sığortasının, 84,7 min manatı isə OSAQO-nun payına düşüb.

Ateshgah şirkəti 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 2,7 mln. manata bərabərdir. Ateshgah-ın səhmdarları I.S.R. Holding Ltd,  SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və RAN-Eksim şirkətləridir.

Fevralın 2-nə olan rəsmi məzənnə 0,8073 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti