Azərbaycan, Bakı, 02 fevral/ Trend /
Nar Mobile-dən "BəxtəvərSƏN" lotereyasının sonuncu tirajı keçirilib. Lotereyanın əsas hədiyyələri - Honda CR-V avtomobili və 50 000 manatlıq uduş 3257937 və 3890826 qeydiyyat kodlu abunəçilərə qismət oldu, - Nar Mobile-nin məlumatında deyilir.
Yanvarın 25-dən 31-dək Dəqiqə və ya SMS şifariş edən ən aktiv iştirakçılar Nar Mobile-dan 5 ədəd Toshiba noutbuku, 10 ədəd Nokia E71 və 50 ədəd "qızıl" nömrə əldə ediblər.
Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə lotereyada iştirak edirlər. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq, 737 nömrəsinə sifariş göndərməlidir. Sifarişin qiyməti 1 manat təşkil edirdi. BəxtəvərSƏN lotereyasında qeydiyyatdan keçərkən bütün iştirakçılar hər bazar saat 20:30-da canlı yayımda oynanılan Honda CR-V avtomobilinin və ya 50.000 manatlıq uduşun sahibi olmaq imkanını qazanırdılar.
Hər həftə ən aktiv 65 iştirakçı Toshiba noutbuku, Nokia E71 mobil telefonu və Qızıl Nar nömrələri əldə edirdilər. Yeni İl Lotereyasında abunəçinin qeydiyyat sayına heç bir məhdudiyyət qoyulmurdu. Lotereyada daha çox qeydiyyatdan keçməklə abunəçi qalib gəlmək şansını artırırdı. Lotereyada Nar Mobile qabaqcadan ödənişli abunəçi tarif planına malik bütün fiziki şəxslər iştirak edirdilər.
Azərfon MMC (Nar Mobile ticarət nişanı) 2005-ci ilin sonunda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ölkə ərazisində mobil rabitə xidmətlərinin göstərilməsinə lisenziya alıb. Operator 2007-ci il martın 21-dən kommersiya fəaliyyətinə başlayıb. Nar Mobile-ın şəbəkəsi Azərbaycan ərazisinin təxminən 80 faizini əhatə edir. Operatorun abunəçilərinin sayı 1 milyon nəfəri ötür.