...

Türkmənistan və İran rəhbərləri Tehranda Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2009 13:31 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 14 fevral / Trend , müxbir E. Həsənov/ Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov və İran prezidenti Mahmud Əhmədinejad bir sıra beynəlxalq problemləri, o cümlədən "Xəzərin hüquqi statusu" ilə bağlı danışıqlar aparırlar. Bu barədə Türkmənistanın rəsmi mənbəsi xəbər verib.

Bu gün tərəflər iqtisadi-ticarət, nəqliyyat, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini yüksək səviyyədə müzakirə edəcəklər. Görüşlərin nəticəsi olaraq hökumətlərarası bir çox sənədlər imzalanacaq. 

Berdımuhəmmədov bu gün Tehrana iki günlük rəsmi səfər edib. Türkmənistan, İran, Azərbaycan, Qazaxıstan və Rusiya karbohidrogen və bioresurslarla bol olan Xəzər dənizi ilə sərhəddirlər. SSRİ dağıldıqdan və Xəzəryanı dövlətlərinin sayı ikidən beşə artıqdan sonra, dənizin yeni hüquqi statusunu təyin etmək məcburiyyəti yarandı. Hal hazırda tərəflər arasında konvensiya yalnız konsensium yolu ilə qəbul edilə bilər.Yeni statusu təyin edənə qədər dənizdə Sovet-İran danışıqları ilə əldə olunmuş hüquq hökm sürür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti