...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Türkiyənin Beynəlxalq Agentliyi ilə əməkdaşlığa dair məsələləri müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2009 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir N.İsmayılova/ "Fevralın 17-də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Türkiyə Respublikasının Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Azərbaycan üzrə ofisinin rəhbəri Əbu-Bəkir Çeliyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qiymətli kağızlar bazarının inkişafı və bu sahədə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsinə dair işgüzar görüş keçirilib", - QKDK-nın məlumatında deyilir. 

Çeliyin sözlərinə görə, QKDK ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi hər iki tərəf üçün faydalı olacaq.

Görüşdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində depozitar və birja fəaliyyətinin təkmilləşdirilməsi, qiymətli kağızlar bazarına dair tədris mərkəzinin yaradılması, ölkələrarası mütəxəssis mübadiləsinin təşkil edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti