...

Danışıqların növbəti mərhələsi birinci yarımilliyin sonunda baş tuta bilər – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , N.İsmayılova/ "Azərbaycan hökuməti ilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) işçi qrupu arasında danışıqların növbəti, altıncı mərhələsi birinci yarımilliyin sonunda baş tuta bilər", - cümə günü danışıqlar qrupunun başçısı, XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Martın sonuna qədər yeni təkliflər hazırlaya bilsək, məncə bu ilin birinci yarısında işçi qrupun növbəti iclasını keçirmək imkanı olacaq", - Məmmədquliyev deyib.

Onun sözlərinə görə, işçi qrupun sonuncu iclasından sonra Azərbaycana ünvanlanmış sualların keyfiyyəti artıb və ÜTT daha sürətli və müfəssəl cavab gözləyir.

"Artıq biz sualları almışıq və mən ümid edirəm ki, bu və ya digər suallara cavab vermək səlahiyyəti olan bütün qurumlar onların hazırlanma prosesini sürətləndirəcəklər", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, ÜTT Azərbaycan qarşısında ticarət rejiminin sonrakı liberallaşdırılması tələbini qoyur. Lakin Məmmədquliyevin fikrincə, ölkənin daxili ticarət rejimi yetərincə liberallaşdırılıb.

"Azərbaycanda gömrük tarifləri 15 faizi ötmür. Amma buna baxmayaraq, onlar (ÜTT ölkələri) daha artıq liberallaşma tələb edirlər. Lakin bizim strategiyamız ölkənin iqtisadi inkişaf maraqlarına zərər gətirilməməsindən ibarətdir", - nazir müavini bildirib.

ÜTT üzv ölkələri Azərbaycandan bəzi sahələrdə tarif və vergilərin azaldılmasını tələb edir. Ümumilikdə onlar Azərbaycanın ticarət rejimi və xidmət bazarının liberallaşdırılması üzərində israr etməkdə davam edirlər. Xüsusilə, bank bazarına birbaşa filiallar açılması yolu və ölkənin sığorta bazarına 100 faizli xarici kapitallı törəmə strukturlarının yaradılması yolu girişə imkan verən tələblər hələ də səsləndirilir.

1997-ci ildən etibarən Azərbaycan ÜTT-də müşahidəçi qismində təqdim olunub. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının dəyərləndirməsinə görə, proqramın üzv ölkələri 2013-cü ildə ÜTT-ə daxil olacaqlar.

CAREC-ə daxil olan səkkiz ölkədən üçü - Çin, Qırğızıstan və Monqolustan artıq ÜTT-nin üzvüdür.

Fevralın 20-nə olan rəsmi məzənnə 0,8062 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti