...

Dünya Bankı Azərbaycan gömrük sisteminin təkmilləşdirilməsi layihəsini hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Ü.İsmayılova / "Bazar ertəsi Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə görüşlər keçirən Dünya Bankının missiyası, yaxın bir ay ərzində informasiya texnologiyalarından istifadə sisteminin təkmilləşdirilməsi üzrə təkliflərini hazırlayacaq və onları komitəyə təqdim edəcək", - çərşənbə axşamı DB-nin Bakı nümayəndəliyindən deyilib.

Bakı nümayəndəliyində qeyd olunub ki, təkmilləşdirmə layihəsi DB-nin özü yox, başqa donorlar, hətta Gömrük Komitəsi tərəfindən də həyata keçirilə bilər.

Layihənin dəyəri və müddəti komitənin işinin analizindən sonra bildiriləcək.

DGK-nın başçısı Aydın Əliyevlə bazar ertəsi görüşün gedişində DB-nin sərhəd idarəetməsi, beynəlxalq ticarət və iqtisadi idarəetmə üzrə departamentin eksperti Tomas Doyl, komitəyə gömrük sistemində daha müasir informasiya texnologiyalarından istifadə etməyi tövsiyə edib.

Komitə başçısının sözlərinə görə, gömrük sisteminin təkmilləşdirilməsi çərçivəsində bütün nəzarət-buraxılış məntəqələrində yenidənqurma işləri həyata keçirilir ki, onların bitimindən sonra məntəqələrdən keçərkən bütün yüklər avtomatlaşdırılmış nəzarətdən keçməli olacaq. Bu da öz növbəsində ticarətin təkmilləşdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti