...

Gürcüstanın Qara dəniz Poti limanı neft məhsullarının aşırımı üçün nəzərdə tutulan yanalma körpülərini təmir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E.İsmayılov /

Gürcüstanın Qara dəniz Poti limanı 30 il ərzində ilk dəfə olaraq əsasən neft məhsullarının nəqli üçün nəzərdə tutulan birinci və ikinci yanalma körpülərinin (terminalların) təmirini həyata keçirib. Bu barədə limanın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir. Hər iki yanalma körpüsü tam olaraq yenidən qurulub.

Təmir işləri bir il ərzində yerinə yetirilib. Bu terminalların yenidən qurulması və təmirinə Poti limanı korporasiyası tərəfindən 294 min dollardan çox (500 min laridən çox) vəsait sərf olunub.

Yanalma körpülərinin yenidənqurma layihəsi "Qaradənizlayihə" Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb.

Liman rəhbərliyi (Ras Al Khaima Investment Agency ərəb şirkəti) iyunda limanın konteyner terminalının nəql gücünü iki dəfə artıraraq terminal nəzdində olan 14 yanalma körpüsünün yenidən qurulması üzrə işləri başa çatdırmağı planlaşdırır. Liman rəhbərliyi bu layihənin reallaşdırılmasına artıq 11 mln. avro ayırıb. Layihə üç mərhələdə reallaşdırılacaq.

Beş il ərzində Poti limanının konteyner dövriyyəsi 25 faiz artıb. Məhz buna görə, yüksək imkanlara malik yeni konteyner terminallarının tikintisinə zərurət yaranıb. Poti limanı sahibinin qərarına əsasən, bu layihə üç il ərzində reallaşdırılacaq və 100 hektar sahəni əhatə edəcək.

Limanın rəsmi saytında bildirilir ki, Potidə ümumilikdə 15 terminal var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti