...

Azərbaycan bankı AGClub endirim sistemini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend /

AGBank-ın öz müştərilərinə təklif etdiyi AGClub - öz mahiyyətinə görə universal bir endirim sistemidir. Bu barədə bankın cümə axşamı yayılan məlumatında bildirilir.

Ən müxtəlif tələbat və maraqlara malik olan alıcıların ehtiyaclarını təmin edən AGClub, vahid endirim sisteminin çoxsaylı tərəfdaşları tərəfindən təqdim olunan güzəştlərlə - satın almaq, istirahət etmək, geyinmək, sağlamlığın və xarici görünüşün qeydinə qalmaq, səyahət etmək imkanı yaradır.

Artıq 377 üzvdən ibarət olan AGClub ailəsinə "İdeal", "Journey", "I TECH" mağazaları; "Virgo" restoranı; "MediStom", "Realmed MMC", "Fiore-La" tibb müəssisələri; "Austin Hotel", "Baku Palace", "High Park" mehmanxanaları və "Lux Group" şirkəti qoşulub.

İndi AGBank-ın bütün müştərilərinin, şəhərimizin ən yaxşı mağaza və müəssisələrinin təklif etdikləri endirimlərdən yararlanma imkanları var.

Əlavə məlumat üçün www.agclub.az saytını ziyarət edə, yaxud da (994 12) 5107013 nömrəli telefona zəng etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti