...

Azərbaycan bankı Parabank-ın müştəriləri yeni xidmətdən yararlana bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir N.İsmaylova /

Bankın bu gün yaydığı məlumata əsasən, Azərbaycan bankı Parabank-ın müştəriləri yeni xidmət növü olan "Uşaq depoziti"ndən yararlana bilərlər. 

Bu depozit 18 yaşınadək olan uşaqların adına qəbul edilir. Sözügedən depozitlər üzrə faizlər ildə bir dəfə kapitallaşdırılaraq gələn il kapitallaşdırılmış məbləğ kimi qəbul edilir.

"Yatırılmış məbləğ və üstünə gələn faizlər uşaq 18 yaşına çatdıqdan sonra özü tərəfindən və yaxud etibarnaməsi olan şəxs tərəfindən götürülə bilər", - məlumatda deyilir.  

Bankın marketinq departamentinin rəhbəri Samir Güləhmədzadənin dediyinə görə, minimal yatırılan məbləğ 1000 manat və yaxud dollar olmalıdır. Əgər yatırım uşaq 7 yaşa çatmamış olarsa manatla edilən yatırımın üstünə 14%, dollarla edilən yatırımın üstünə isə 13% əlavə vəsait gələcək. Uşağın yaşı yeddini keçdikdən sonra edilən pul yatırımlarında isə faiz dərəcələri müvafiq olaraq 13,5%  və ya 12,5% təşkil edəcəklər.

"Uşaq depoziti"nin digər üstünlükləri uşaq üçün əlamətdar günlərdə (ad günü, birinci sinifə qədəm qoyması və s. münasibəti ilə) bank tərəfindən hədiyyə təqdim edilməsidir.    

Martın 10-na olan rəsmi məzənnə 0,8048 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti