...

Gürcüstanın Qara dənizdəki Poti limanı iri yük gəmilərini qəbul edə biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir E.İsmayılova /

"Marieke" (Lüksemburq) gəmisi son illərdə gərəkli olan Qara dənizdə Gürcüstanın Poti limanına aparan giriş kanalının dənizin dibindəki dərinlətmə işlərinə başlayıb, - bu barədə limandan bildirilib.

Dəniz dibindəki dərinlətmə işlərinin 70 gün ərzində tamamlanacağı planlaşdırılır, bundan sonra isə liman iri yük gəmilərini qəbul edə biləcək.

Belçikanın DEME (dəniz dibinin dərinlətmə işləri, ətraf mühitin və dəniz texnikasının mühafizəsi) şirkəti müqaviləyə müvafiq olaraq, Potidəki giriş kanalının və xüsusi filtrin dənizin dibinin dərinlətmə işlərini həyata keçirir. Dəniz dibini dərinlətmə işləri prosesində minumum 800 min kubmetr, maksimum 1,2 milyon kubmetr torpağın çıxarılması nəzərdə tutulub. Müqaviləyə müvafiq olaraq, giriş kanalının 12,5 metr dərinləşdirilməsi nəzərdə tutulub.

Limanın rəsmi saytında məlumat verildiyi kimi Potidə cəmi 15 terminal mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti