...

Azərbaycanda reklam festivalı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir A.Bədəlova /  

"Design Company" MMC Azərbaycan reklamının səviyyəsinin təkminləşdirilməsi məqsədi ilə Bakıda reklam festivalı keçirəcək. Festival "İrəli" ictimai birliyinin təşkilatçılığı və dəstəyi, eləcə də Azərbaycan Reklamçılar İttifaqı ilə Azərbaycan Milli Tədqiqatçılar Assosiasiyasının dəstəyi ilə keçiriləcək.    

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan reklamını dünya səviyyəsinə çatdırmaq, reklam istehsalında yaradıcı işin stimullaşdırılması, reklam şirkətləri arasında rəqabətin artması və təchizatçının faiz payının artmasından ibarətdir.

Festivalda 50 şirkət iştirak edəcək ki, onların tərkibində "Accord" tikinti şirkəti, Gilan Holding və Bank Standard olacaq. 

Festival iştirakçıları səkkiz kateqoriya üzrə yarışacaqlar: çap işi, reklam fotoşəkilləri, küçə reklamı, internet-reklam və internet-saytları, etiket və qablaşdırma, televiziya reklamı, tranzit reklam, POS-materiallar və qrafik dizayn. Ümumilikdə səkkiz kateqoriyaya 130 reklam stendi nəzərdə tutulur.  

Bakı Reklam Festivalının sonunda 48 mükafat təqdim ediləcək. Baş mükafat isə "Büllur baterfley"dir.  

Reklam festivalı martın 23-dən martın 30-dək davam edəcək. Final tədbirləri aprelin 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. 

Xəbər lenti

Xəbər lenti