...

Azərbaycan Maliyyə Nazirliyi sosial ipotekanın maliyyələşdirilməsini bərpa etməyə hazırdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir N.İsmayılova /  

Sosial ipotekanın Azərbaycan dövlət büdcəsindən maliyyələşdirilməsi Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondundan (AİF) asılıdır. Bu barədə cümə günü maliyyə naziri Samir Şərifov bildirib.

"Dövlət büdcəsindən vəsaitin ayrılmasında problem yoxdur və hər şey İpoteka Fondunun Maliyyə Nazirliyinə nə zaman müraciət edəcəyindən asılıdır. Ölkə lazımi vəsait ehtiyatına malikdir və nə zaman tələbat yaranarsa, dərhal dövlət büdcəsindən vəsait ayrılacaq", - deyə Şərifov bildirib.

Nazirin rəyinə görə, bu, hətta mart və apreldə baş verə bilər ki, bu da İpoteka Fondundan asılıdır.

2009-cu ilin dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14,5 mln. manat ayrılıb.

Ölkədə AİF-in standartları üzrə ipoteka kreditləşdirməsi 2006-cı il martın 25-də, sosial ipoteka isə, fevralın 7-də başlayıb. İpoteka kreditlərinə tələbat büdcədən ayrılmış vəsaitləri ötüb və iyunun ortalarından AİF öz standartları üzrə ipoteka kreditlərinin maliyyələşdirilməsini dayandırıb. Fond 2005-2007-ci ildə dövlət büdcəsindən 46 mln. manat alıb və 2008-ci ildə daha 34 mln. manat alacaq. Fondun banklara verdiyi kreditlərin maliyyələşdirilməsi üçün bu vəsaitlərdən 22 mln. manat həcmində iki tranş ayrılıb və bütün daxil olan vəsaitlər əvvəllər Fondun standartları üzrə verilmiş kreditlərin təkrar maliyyələşdirilməsi yolu ilə artıq yerləşdirilib. AİF standartları üzrə kredit portfeli (1800) 67,8 mln. manat təşkil edir. Bankların ümumi ipoteka portfelinin həcmi 250-300 mln. manat təşkil edir.

Kreidtlər üzrə dərəcələr 8 faizdən (AİF-in standartları üzrə) kommersiya banklarında20 faizədək, müddət 10 ildən 25 ilədək dəyişir. 23 bank Fondun agentidir.

Lakin gələn ildə AİF ipoteka təcrübəsinin kommersiyalaşdırılmasından sonra ipoteka kreditləşdirməsini bərpa etmək niyyətindədir. Bu işdə Fonda Beynəlxalq Maliyyə Korporasiyası yardım göstərir. Hazırda Almaniya Banklar Akademiyası İpoteka Fondu üçün gələcək fəaliyyət strategiyasını hazırlayır və noyabrda onu AMB-yə təqdim edəcək.

Hazırda AİF-də subsidiyalaşdırılmış ipoteka modeli tətbiq olunur ki, bu da ehtiyatlarda ipoteka maliyyələşdirməsini məhdudlaşdırır. İmkanların genişləndirilməsi və əlavə vəsaitlərin cəlb edilməsi üçün, Fondun kommersiya ipoteka kreditləşdirməsi modelini tətbiq etməsi lazımdır.

AİF kreditləşdirməni dayandırdıqdan sonra, kommersiya bankları fəal surətdə ipoteka üçün xarici borclanma cəlb etməyə başlayıblar. Lakin dünya maliyyə böhranı ilə əlaqədar bu fəallıq əhəmiyyətli dərəcədə azalıb. Qara Dəniz Ticarət və İnkişaf Bankından 8 mln. dollar məbləğində ilk krediti 2007-ci ildə Texnika Bank alıb. 2008-ci ildə Beynəlxalq Maliyyə Korporasiyası mənzil maliyyələşdirməsi üçün UniBank-a 15 mln. dollar ayırıb. 5 mln. dollar həcmində ikinci kredit xətti Azerdemiryolbank üçün açılıb. BMK Texnika Bank və Mugan Bank-a da ipoteka kreditləşdirməsi üçün kreditin verilməsi imkanlarını nəzərdən keçirir.

Martın 20-nə olan rəsmi məzənnə 0,8026 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti