...

"ABB-Moskva" yeni xidmət istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend /  

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan "ABB-Moskva" martın 31-dən "İnternet-xidmət" adlanan yeni xidmət növünü istifadəyə verib. Bu barədə bankın məlumatında bildirilir.

"İnternet-xidmət", "ABB-Moskva" müştərilərinə real vaxt rejimində əməliyyatları izləmək imkanı verən sadə, aydın və təhlükəsiz, məsafəli bank xidmətidir.

İnternetə çıxışı olan bank müştəriləri dünyanın istənilən yerindən bu xidmətdən istifadə edə bilərlir. Xidmətə qoşulma əlavə proqram təminatı üzrə ilkin quraşdırma tələb etmir.

Bu xidmət "ABB-Moskva" müştərilərinə bankda olan şəxsi hesabları üzrə vəsait qalıqları və dövriyyəsi, bank kartlarında vəsait qalıqları və onlarla aparılan əməliyyatlar haqda informasiya əldə etmək, xidmətlərə əlavə və dəyişikliklər haqqında bankdan məlumat almaq və bankla yazışmalar aparmaq imkanı verir.
Gələcəkdə mobil rabitə ilə ödəmə xidməti, kommunal və digər ödəmələr, banka icrası üçün ödəmə və digər tapşırıqların göndərilməsi və onların icrası prosesi üzərində nəzarət kimi əlavə fəaliyyətlər tətbiq etməyi planlaşdırır.

"İnternet-xidmət"ə qoşulmaqdan ötrü giriş üçün əraziə doldurmaq lazımdır.

Xidmət "ABB-Moskva" müştərilərinə pulsuz təqdim olunur.

Xəbər lenti

Xəbər lenti