...

Bakıda TransСaspian nəqliyyat sərgisində 10 ölkədən 40-dan çox şirkət iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Babayeva / 

"Səkkizinci beynəlxalq TransСaspian "Nəqliyyat, tranzit və logistika" sərgisi 10 ölkədən 40-dan çox şirkəti bir araya gətirəcək", - sərginin təşkilatçısı Iteca Caspian-ın məlumatında deyilir.

Sərgi Heydər Əliyev adına idman-sərgi kompleksində 2-5 iyun tarixlərində keçiriləcək.

Hər il TransСaspian öz meydançasında böyük yükdaşıyıcıları, ekspeditorlar, dəmir yolları və limanların operatorlarını, sığorta şirkətlərinin mütəxəssislərini, yükləmə-boşaltma avadanlıqları istehsalçılarını, gömrük xidmətləri və terminalların rəhbərlərini toplayır.

Sərginin bölmələri arasında avtomobil yolu nəqliyyаtı, neft nəqliyyatı/boru kəmərləri, dəmir yolu nəqliyyatı, gəmiqayırma, ekspeditorlar/daşıyıcılar, dəniz nəqliyyatı, logistika, dəmir yolu avadanlıqları, gömrük xidmətləri, yüklərin sığortası, yol-tikinti texnikası, yükləmə-boşaltma avadanlıqları və başqaları var.

Bu il təqdim olunan sektorların bir çoxunun yaxınlığını nəzərə alaraq, həmçinin TransCaspian 2009 layihəsində iştirakın səmərəliliyinin artırılması məqsədilə, sərginin keçirilməsi vaxtı Caspian Oil and Gas "Neft və qaz, neft emalı və Xəzərin neft kimyası" sərgisinin vaxtına salınıb.

Sərgi Azərbaycan Nəqliyyat Nazirliyi, TRACECA və Azərbaycanda investisiyalarin təşviqi və məsləhətləşmələr Fondunun rəsmi dəstəyi ilə keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti