...

Gürcüstanın Qara dəniz sahilində yeni limanının istifadəyə veriləcəyi tarix məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir E.İsmayılov /

Gürcüstanın əsas Poti Qara dəniz limanı yaxınlığında yeni konteynerli liman 2013-cü ildə istifadəyə veriləcək. Məlumatı vəziyyətlə yaxından tanış olan mənbə verib.

"Hazırda ərazidə qruntun tədqiqatı üçün geoloji və geodeziya işləri aparılır. Yeni limanın tikinti işləri mərhələlər üzrə aparılacaq və limanın 2013-cü ildə istifadəyə verilməsi planlaşdırılır", - mənbə bildirib.

Məlumata görə, yeni liman Poti limanının yaxınlığında olacaq. Limanda 2 milyon ton tutuma malik olan konteyner terminalı olacaq. "Yeni limanda anbar otaqlarının inşası da planlaşdırılır", - mənbə deyib.

Bir müdət öncə Poti limanından verilən məlumata əsasən, yeni liman 100 hektar sahəni əhatə edəcək. Aparılacaq layihə işlərinə cavabdeh olan Danimarkanın "Alkyon" şirkəti artıq yeni limanın texniki-iqtisadi əsaslandırılmasına başlayıb. İlkin mərhələdə torpağın laborator yoxlanılması aparılmalıdır.

Hazırki liman rəhbərliyinin (Ras Al Khaima Investment Agency, ərəb şirkəti) qərarına əsasən, tikinti sahəsində qazma ilə bağlı torpaq işlərini Gürcüstanın "Geotekservice" MMC şirkəti aparacaq.

"Alkyon" mütəxəssislərinin tələbinə əsasən, quyuların dərinliyi 60 metr təşkil etməlidir. Bu, layihə ərazisində torpağın dayanıqlığını yoxlamaqdan ötrü çox vacibdir. Cəmi 21 quyu qazmaq planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti