...

Azərbaycanda ötən ay qiymət deflyasiyası müşahidə olunub – Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2009 13:27 (UTC +04:00)
Azərbaycanda ötən ay qiymət deflyasiyası müşahidə olunub – Dövlət Statistika Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda mart ayında 0,7 faiz həcmində deflyasiya müşahidə olunub. Bu barədə cümə günü keçirilən mətbuat konfransında Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

"Martda ölkə iqtisadiyyatında, istehlakçı malları üzrə qiymətlərin və xidmət tariflərinin düşməsi nəticəsində 0,7 faiz həcmində deflyasiya qeydə alınıb", - deyə Vəliyev bildirib.

Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu üç ay ərzində 8,3 faiz inflyasiya müşahidə olunur.

Bazar ertəsi Dövlət Statistika Komitəsindən bildiriblər ki, fevralda istehlakçı mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilin yanvar ayı ilə müqayisədə  0,8 faiz ucuzlaşıb, iki ay ərzində isə ötən ilin yanvar-fevral aylarına nisbətdə 10,3 faiz bahalaşıb.

Fevral ərzində ərzaq mallarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq malları 0,2 faiz, xidmət tarifləri 0,1 faiz ucuzlaşıb.

2008-ci ilin yanvar-fevralı ilə müqayisədə ərzaq mallarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq malları 8,5 faiz, xidmət sahəsi üzrə tariflər isə 7,5 faiz bahalaşıb.

Fevralda mövsümü dəyişikliklərə məruz qalan (meyvə və tərəvəz) və qiymətləri dövlət tərəfindən nizamlanan mal və xidmətləri çıxmaqla, hesablanan istehlakçı mallarının baza indeksi 99,1 faiz, yanvar-fevralda isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz təşkil edib.

Aprelin 10-na olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti