...

Latviya Azərbaycanı Qara və Xəzər dənizi regionundan Avropaya enerji hasilatında ən vacib oyunçulardan biri kimi tanıyır – Latviya XİN başçısı ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2009 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Y.Оstapenko /

Trend Capital-ın Latviyanın xarici işlər naziri Maris Riekstinşlə Bakıya aprelin 16-17-də gözlənilən səfəri ərəfəsində müsahibəsi.

- Sizin Azərbaycana səfəriniz aprelin ortalarına nəzərdə tutulub. Hansı məsələləri müzakirə etmək niyyətindəsiniz?

- Mənim Azərbaycana aprelin 16-17-dəki səfərim həmkarım Elmar Məmmədyarovun, onun 2008-ci ilin aprelində Latviyaya rəsmi səfəri zamanı etdiyi lütfkar dəvətinə cavabdır.

Riqadakı son görüşümüzdən sonra ölkələrimiz arasındakı münasibətlər daha da intensivləşib. Rəsmi səfərin gedişində gündəlikdə müxtəlif aspektlərə toxunulan - ikitərəfli və beynəlxalq məsələlər, həmçinin Aİ-nin onun şərq qonşularına münasibətdə siyasəti var.

Müzakirələr zamanı biz diqqətimizi regional tendensiyalar və iş əlaqələrimizin yaxşılaşdırılması yollarına yönəldəcəyik. Mən ümid edirəm ki, mənim Bakıya səfərim çərçivəsində təşkil olunacaq biznes-forum Latviya və Azərbaycan arasındakı münasibətlərə yeni impuls verəcək.

- Azərbaycan və Latviya arasında hansı sahədəki əməkdaşlığı siz daha uğurlu hesab edirsiniz? Azərbaycan iqtisadiyyatının hansı sahələri Azərbaycan üçün daha böyük maraq kəsb edir?

- Latviya Azərbaycanı Qara və Xəzər dənizi regionundan Avropaya enerji hasilatında ən vacib oyunçulardan biri kimi tanıyır.

İkitərəfli səviyyədə biz artıq çoxyönlü və uğurlu əməkdaşlığa nail ola bilmişik. Ən yaxşı nəticələrə biz informasiya texnologiyaları sahəsində, ölkələrimizin dövlət qurumları, həmçinin özəl sahibkarları arasında əməkdaşlığın inkişafında nail olmuşuq. Latviyanın süd məhsullarına Azərbaycan bazarında da böyük tələbat var. Ötən il bu sektorda ixracımız iki dəfədən çox artıb. Bu qrupun əsas ixrac məhsulu xamadır (3,5 milyon dollar).

Məni Bakıda müşayiət edəcək iş adamları, nümayəndə heyətinin üzvləri Latviya qida sənayesini, informasiya texnologiyaları, maşın və maliyyə sektorlarını təmsil edirlər. Onlardan bəziləri isə artıq Azərbaycanda uğurlu iş əlaqələri və filiallar qurmağa nail olub.

- Dünya maliyyə böhranı Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərə, həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinə necə təsir edib?

- Dünya iqtisadiyyatındakı durum həm hökumətləri, həm də sahibkarları öz strategiyalarına yenidən baxmaq, biznesdə yeni ideyalar, tərəfdaşlar və bazarlar axtarmağa məcbur edir. Latviya hökuməti, xüsusilə belə maliyyə durumunda yeni sərmayə layihələri və sahibkarlıq fəaliyyəti üçün yeni iş əlaqələrinin stimullaşdırılması, açıq ticarətin dəstəklənməsi və inzibati prosedurların sadələşdirilməsinə böyük diqqət ayırır.

Ölkələrimiz arasında istifadə olunmamış iqtisadi əməkdaşlıq potensialı latviyalı sahibkarları Azərbaycanda yeni imkanlar axtarışına çıxmağa ruhlandırıb. 2008 və 2009-cu ildə ikitərəfli ticarət dövriyyəsini müqayisə etsək, görərik ki, artım böyük olub və iş münasibətlərimizdə "böhran" sözünü işlətmək düz olmazdı.

Latviyanın Azərbaycana ixracı iki dəfə artaraq 15,5 milyon dollara çatıb. Azərbaycandan idxal isə 30 faiz artaraq 2,6 milyon dollar təşkil edib. Əsas ixrac qrupları metal və metal məmulatları, kənd təsərrüfatı və ərzaq və kimya sənayesi, həmçinin qonşu sahələrin məhsullarıdır. Əsas idxal qrupları qida, kimya sənayesi, həmçinin sənayenin qonşu sahələrin məhsulları və faydalı qazıntılardır. 2009-cu il 1 aprelə olan duruma əsasən 23 Latviya-Azərbaycan birgə müəssisəsi Latviya Respublikasının kommersiya regitsrində qeydiyyatadn keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti