...

Azərbaycandakı uğurlu siyasət sabit sosial-iqtisadi inkişafı təmin edib – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2009 18:55 (UTC +04:00)
Azərbaycandakı uğurlu siyasət sabit sosial-iqtisadi inkişafı təmin edib – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 22 aprel / Trend / 

"2009-cu ildə Azərbaycan üçün iqtisadiyyatın yeni inkişaf dövrü başlayıb", - çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev, Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib. AzTV telekanalı xəbər verib.

"Son beş il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri təxminən 10 dəfədən çox artıb", - Prezident bildirib.

Azərbaycan Prezidenti deyib ki, "dünya maliyyə böhranının bütün ölkələrə təsir etməsinə baxmayaraq, ölkəmizdə son beş il ərzində aparılan uğurlu siyasət 2009-cu ilin ilk rübündə də sabit sosial-iqtisadi inkişafı təmin edib".

"Yanvar-mart ayları ərzində Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrünün göstəricisinə nisbətən 4,1 faiz artıb", - Prezident deyib.

"Bu, dünya maliyyə böhranı şəraitində böyük göstəricidir və qeyd etmək lazımdır ki, bütün problemlərə rəğmən qeyri-neft sektorunun artımı birinci rübdə 14 faiz təşkil edib", - Əliyev deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının belə yüksək tempinə ancaq neft-qaz sahəsinin hesabına deyil, güclü iqtisadi siyasət və aparılmış islahatlar hesabına nail olunub. "Maliyyə böhranı şəraitində Azərbaycan hökuməti sahibkarlığa dəstəyini davam etdirəcək və onların Sahibkarlığa Dəstək Fondu vasitəsilə maliyyələşdirilməsi artırılacaq", - Prezident bildirib.

Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkə olaraq qalır və buna nümunə kimi Prezident İlham Əliyev 300 milyon avroluq sement zavodunun tikintisini göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti