...

Azerdemiryolbank böhrana qarşı tədbirlər planı hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend /

"Azerdemiryolbank" ASC-nin müşahidəçi şurası Direktorlar Şurasına böhran şəraitindən bütün çıxış yolları göstərilmiş "Maliyyə böhranının yaranacağı halda icra olunan tədbirlər planı" təqdim edib", - bazar ertəsi bankın yaydığı məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, bu gün bankın böhram vəziyyətinə düşməsi üçün heç bir əsas yoxdur. Bankın tərəfdaşlarının və Azərbaycan Mərkəzi Bankının tövsiyyələri ilə hazırlanmış bu sənəd reytinqin yüksəlməsinə və xaricdən borclanmanın artırılmasına xidmət etməlidir. Azerdemiryolbank bu cür tədbirlər planını hazırlayan ilk banklardan biridir.

Müşahidə Şurasının iclası aprelin 22-də "Azərdəmiryolbank" ASC-nin xarici səhmdarları təmsil edən üzvlərinin - Avropa Yenidəngurma və İnkişaf Bankından İ.Manaqadzenin və Hollandiyanın Maliyyə İnkişaf Korporasiyasından D.Snaydersin iştirakı ilə keçirilib.

Yığıncağda bankın İdarə Heyətinin 2008-ci ildə fəaliyyətinin nəticələri təsdiq olunub və 2009-cu il üçün maliyyə planına baxılıb. Müşahidə Şurası bankın İdarə Heyəti tərəfindən 2008-ci ildə görülmüş və əsas maliyyə göstəricilərinin artım dinamikasında əks olunmuş işləri müsbət qiymətləndirib. Bankın institusional inkişaf sahəsində apardığı fəaliyyət, xüsusən korporativ idarəetmə, risklərin, likvidliyin idarə olunması, həmçinin marketinq və informasiya texnologiyaları sahəsindəki işlərə diqqət yetirilib.

Hesabatın nəticələrinə görə, Müşahidə Şurasının üzvləri bankın 2008-ci il üçün biznes planının vacib maliyyə göstəricilərinin, o cümlədən aktivlərin 52,4%, kredit çantasının 63,6% və depozit çantasının 61,5% artım tempi ilə icrasını bildirib.

"Bütün bu göstəricilərin dünya maliyyə böhranı şəraitində əldə edilməsi xüsusilə əhəmiyyətlidir", - məlumatda deyilir.

Azərbaycanın ilk kommersiya bankı olan "Azerdemiryolbank" ASC 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasında dünyanın nüfuzlu maliyyə institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya İnkişaf Bankı (FMO) var. Bakı və regionlar üzrə bankın 31 filial və şöbəsi fəaliyyət göstərir.

Aprelin 27-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti