...

ROSNO Azərbaycandan təkrar sığorta premiyalarında ikiqat artım gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 12:53 (UTC +04:00)
ROSNO Azərbaycandan təkrar sığorta premiyalarında ikiqat artım gözləyir

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir İ.Xəlilova /

Rusiyanın aparıcı sığorta şirkəti olan ROSNO 2009-cu ildə Azərbaycan təkrar sığorta bazarından 2008-ci illə müqayisədə ikiqat artıq premiya əldə etmək niyyətindədir. Bu haqda ROSNO şirkətinin təkrar sığorta departamenti direktorunun birinci müavini Mixail Mumin Trend -a deyib.

"Bakı nümayəndəliyimizi 2008-ci ilin mayında açdığımızdan yığım səviyyəsi təqribən 600 min dollar təşkil edib. Nəzərə alsaq ki, bundan üç ay əvvəl regiondakı işlər ROSNO-ya 50 min dollardan artıq gəlir verə bilmirdi, bu ciddi artımdır", - Mumin qeyd edib.

2008-ci ilin nəticələrinə əsasən, şirkətin təkrar sığorta portfelində Azərbaycanın payı 7-8% təşkil edib. 2006-cı ildə bu göstərici 1%, 2007-ci ildə isə 3,2% təşkil edib.

Muminin sözlərinə görə, hər ölkədə olduğu kimi Azərbaycan sığorta bazarında da problemlər var.

Onun fikrincə, bu ilk növbədə sığorta məhsullarının aşağı keyfiyyəti ilə əlaqədardır. Deyilənlərə əsasən hüquqi cəhətdən daha çox işlənilən, dəqiq hesablanmış informasiyanın gərək olduğu avtosığorta kimi sığorta növlərinə aiddir. İkincisi, Azərbaycanda sığorta bazarında tariflər çox aşağıdır. Dəqiq desək, beynəlxalq bazarlarda olan səviyyəsindən 30% aşağıdır.

"Qazaxıstan və Ukrayna sığorta bazarlarından fərqli olaraq Azərbaycan sığorta bazarı maliyyə böhranı ilə üzləşmədiyindən daha maraqlıdır", - Mumin əlavə edib.

Hazırda Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Aprelin 28-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti