...

Türkmənistanda A/H1N1 qripinin qarşısını almaqdan ötrü sərhəddə termoskaner quraşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2009 20:14 (UTC +04:00)
Türkmənistanda A/H1N1 qripinin qarşısını almaqdan ötrü sərhəddə termoskaner quraşdırılıb

Türkmənistan, Aşqabad, 04 may / Trend , müxbir H.Həsənov /

"Bu günə qədər Türkmənistanda gələn əcnəbi sərnişinlərin heç birində A/H1N1 xəstəliyinə yoluxma faktı aşkar edilməyib", - "Neytral Türkmənistan" qəzetinin bugünkü sayındakı məqalədə deyilir.

Bunu Aşqabadın beynəlxalq hava limanı və Türkmənbaşı şəhərinin dəniz limanında quraşdırılmış xüsusi avadanlıq - hər gələn sərnişinin hərarətini ölçən və yüksək göstəricilər halında xüsusi siqnal verən termoskanerlərdən götürülən məlumatlarından çıxış edərək söyləmək olar.

Bütün "şübhəlilər" yerindəcə nəzarətə götürülür. Ölkə ərazisinə qonşu və digər ölkələrdən xüsusi təhlükəli virus və insan sağlamlığına mənfi təsir edə biləcək məhsulların gətirilməsinin qarşısını almaq üçün ölkənin bütün milli səhiyyə xidmətləri, eləcə də Türkmənistanın Dövlət Sanitar-Epidemiya Xidməti ən müasir tibbi və diaqnostik avadanlıqla təchiz olunub.

A/H1N1 virusunun profilaktikası üçün mütəxəssislər aşağıdakı tövsiyələrə riayət etməyi təklif edir. Hər şeydən öncə xəstəliyin aşkarlandığı regionlara turist səfərlərinə getməmək lazımdır. Respirator yoluxma əlamətləri - öskürək, zökəm, qızarmış gözlər və b. - olan insanlara yaxın durmayın. Yaxınlarınızdan kimsə xaricdən gəlib və xəstələnibsə, təcili şəkildə onu ayrı otaqda yerləşdirin, onunla yalnız tənzifli maska vasitəsilə ünsiyyət qurun, təcili olaraq həkim çağırın. Profilaktika məqsədilə C vitamini və dərmanlar - adaptogenlər: çəhrayı rodiola, eleuterok, limon dəmləyib içmək, eləcə də həblər şəklində tsikloferon və burun üçün maz şəklində alfa interferon qəbul etmək olar. İnsanların çox olduğu yerlərə xüsusilə də uşaqlarla getməyin.

Dövlət Sanitar-Epidemiya və Veterinar xidmətlərinin mütəxəssisləri həm paytaxt, həm də vilayətlərdə öz sərəncamlarında gigiyena dəstinə malikdirlər. Bu dəstə fövqəladə hallar zamanı iş üçün mühafizə geyiminin tam komplekti daxildir. Bununla yanaşı, Türkmənistanın Səhiyyə və Tibbi Sənaye Nazirliyi tərəfindən lazımi dərman preparatları, əlavə diaqnostika avadanlıqları alınıb.

Məqalədə qeyd olunur ki, A/H1N1 qripinin yeni möhürü A "donuz qripi"nin bir neçə virusu ilə ortaya çıxan xüsusilə kəskin respirator-yoluxucu xəstəlik olmasıdır. Virus hava-damcı yolu ilə, xəstə və xəstəliyin simptomlarını aşkar etməyən infeksiya daşıyıcısı ilə birbaşa və dolayı ünsiyyət zamanı yayılır.

İnsanlara adətən A/H1N1 virusu yoluxmuş heyvanlardan keçir. Lakin bəzi hallarda insanlar heyvanlarla təmasda olmadan da yoluxurlar. Bəzən infeksiyanın insandan insana keçməsi halları müşahidə edilir.   

A/H1N1 virusunun qida zamanı donuz əti və məhsullarından istifadəsi üzündən insanlara keçməsi faktı qeydə alınmayıb. 70°C temperaturda yemək hazırlanarkən A/H1N1 virusu ölür.

A/H1N1 virusu əleyhinə hələ ki, vaksin yoxdur. Mövsümi qripdən müdafiə vaksinlərinin A/H1N1 virusu ilə mübarizədə hər hansı bir kömək edəcəyi məlum deyil. Sözügedən qripin virusları sürətlə dəyişir. Bəzi ölkələrdə mövsümi qripə qarşı olan preparatlar xəstəliyi müalicə edir. Belə dərmanlar iki sinifə bölünür: adamantan (amantadin və remantadin) və qrip neyraminidazası ingibitoru (ozeltamivir və zanamivir).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti