...

Azərbaycanda beş yeni etalon hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2009 11:16 (UTC +04:00)
Azərbaycanda beş yeni etalon hazırlanır

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilin sonunadək beş yeni etalonun hazırlanmasını başa çatdırmaq niyyətindədir. Bu barədə Komitənin rəhbəri Ramiz Həsənov bildirib.  

"TASIC ilə birgə proqram çərçivəsində hazırlanan əsas zaman etalonudur", - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, Komitə həmçinin çəki, kütlə, təzyiq və elektrik etalonları hazırlayır və başa çatdırmağı planlaşdırır.

Dövlət Komitəsində hesab edirlər ki, Azərbaycanda etalonların tətbiqi ilə bağlı yaxın vaxtlarda açılması planlaşdırılan Etalonlar Mərkəzinin yaradılması ölkə üçün mühüm hadisədir. Çünki əlverişli investisiya mühiti xarici sərmayə şirkətlərinin sayının artmasına xidmət göstərir. Bu şirkətlər ölçü vasitələrinin texniki tələblərinin müvafiqliyini müəyyən etmək üçün nə Azərbaycanda, nə də qonşu ölkələrdə dövlət ölçü vahidlərinin (etalon) olmaması səbəbindən xarici ölkələrə müraciət edirlər. Bütün bunlar böyük valyuta həcmlərinin Azərbaycandan çıxmasına səbəb olur.

Dövlət Komitəsindən bildiriblər ki, yerli şirkətlər xarici ölkələrdə bu xidmətlərə böyük məbləğdə pul sərf edirlər, belə bir mərkəzin yaradılmasından sonra isə bu xərclər onlar üçün 10 dəfədən az olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti