...

Azərbaycanda daha 90 sahibkara güzəştli şərtlər daxilində kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2009 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Dəstək Fondu (SDF) mayın 15-də Horadizdə "Ölkənin regionlarında sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib", - nazirliyin məlumatında deyilib.

Tədbir çərçivəsində Yuxarı Qarabağ və Aran regionlarından olan 90 sahibkara fond hesabına güzəştli kredit verilib.

Layihələrin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi yeni iş yerlərinin yaradılmasına yardım edəcək.

Bu tədbirlərin Azərbaycanın digər regionlarında da keçirilməsi planlaşdırılır.

Fondun hesabına səlahiyyətli kredit təşkilatları vasitəsilə Gəncə-Qazax, Dağlıq Şirvan, Quba-Xaçmaz iqtisadi rayonlarındakı tədbirlərə təqribən 20 milyon manat məbləğində 350-dən artıq kredit ayrılıb.  

Mayın 15-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti