...

Nar Mobile bir sıra ölkələrlə yeni rouminq sazişləri imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2009 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend / 

2009-cu ilin may ayında Azərbaycanın mobil operatoru "Azerfon" (Nar Mobile ticarət markası) yeni rouminq sazişləri imzaladığı ölkələrin adını açıqlayıb. Şirkətin məlumatında deyilir ki, Nar Mobile-ın yeni rouminq tərəfdaşları Lixtenşteynin "Orange", Qambiyanın "Africell" və Malayziyanın "Celcom" mobil operatorlarıdır.

 

Ümumilikdə Nar Mobile tərəfindən 73 ölkə ilə 138 rouminq sazişləri imzalanıb. 

"Azerfon" MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli lisenziya verilib. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.

Nar Mobile şəbəkəsi Azərbaycanın 80% regionunu əhatə edir. Hazırda Nar Mobile şəbəkəsindən 1 200 000-dən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti