Azərbaycan, Bakı, 21 may / Trend /
Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması və s. sahələrdə işlərin intensiv aparıldığı vaxtdır. Aqrotexniki xidmətlərə tələbatın artmasını nəzərə alaraq, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi "Aqrolizinq" ASC tərəfindən 2008-ci ilin martında təsdiq edilmiş kənd təsərrüfatı işlərinin qiymətləri bir daha fermerlərin nəzərinə çatdırılır:
1 hektar şum üçün (22-27 sm dərinlikdə) - 25 manat;
1 hektar suvarılan və bərk torpaqda 27 sm-dən dərin şum üçün - 27 manat;
1 hektar dəmyə və yumşaq torpaqda 22-32 sm dərinlikdə şum üçün - 24 manat;
1 hektar sahənin rotasion mala ilə şumlanması - 16 manat;
1 hektar sahəyə diskli mala çəkilməsi - 8 manat;
1 hektar səpinqabağı hamarlama işləri - 7,5 manat;
1 hektar sahəyə pambıq çiyidi əkini - 12 manat;
1 hektar sahəyə dənli bitkilər toxumunun səpilməsi - 10 manat;
1 hektar sahəyə mineral gübrə verilməsi - 8 manat;
1 hektar sahəyə kartof basdırılması - 50 manat;
Çalaqazanın 1 gündəki iş norması üçün (120 çala/gün) - 60 manat;
Cərgələrarası becərmədə kultivasiya işləri 1 hektar üçün - 10 manat;
1 hektar sahəyə qollu çiləyici ilə dərman çilənməsi - 10 manat;
1 hektar sahəyə ventilyatorlu çiləyici ilə dərman çilənməsi - 12 manat
1 hektar sahədən taxıl biçini - 27 manat;
1 hektar yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi - 22 manat;
1 hektar yem bitkilərinin rotorlu otbiçənlə biçilməsi - 14 manat;
Otun, küləşin preslənməsi (1 gündə 1000 ədəd kip olmaqla) - 100 manat və ya 1 ədəd kip üçün 10 qəpik;
1 hektar sahədən pambıq yığımı - 60 manat;
1 hektar sahədən çuğundur çıxarılması - 60 manat;
1 hektar sahədən kartof çıxarılması - 40 manat.
Fermerlərdən və digər sifarişçilərdən yuxarıda göstərilən qiymətdən artıq vəsait tələb olunduğu halda, İqtisadi İnkişaf Nazirliyinə (əlaqə telefonu: 492-99-76, 492-80-11) və "Aqrolizinq" ASC-yə (əlaqə telefonu: 425-08-79) müraciət etmələri xahiş olunur.