...

Azərbaycan Beynəlxalq Bankının reytinqinin azalması vəsaitlərin cəlb edilməsinə təsir etməyəcək - sədr müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend /

"Moody's" reytinq agentliyi tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinin bir səviyyə aşağı salınması normal şəraitdə bank tərəfindən dünya bazarlarından vəsaitlərin cəlb ediməsi və gələcək uğurlu fəaliyyətə təsir etməyəcək. Bu barədə bank sədrinin müavini Vaqif Əkbərov bildirib.

"Hazırda bank cari vəzifələrin yerinə yetirliməsi, fiziki və hüquqi şəxslərin kreditləşməsinin adekvat davam etdirilməsi üçün kifayət edən likvidlik üzrə əlverlişli mövqeyə malikdir", - Əkbərov deyib. O, reytinqin bir səviyyə aşağı salınmasının normal şəraitdə bank tərəfindən dünya bazarlarından vəsaitlərin cəlb edilməsinə və gələcək uğurlu fəaliyyətə təsir etməyəcəyinə əmin olduğunu bildirib.

Əvvəllər "Moody's", bankın reytinqinin Baa2 milli valyutada depozitlər və subordinə edilmiş Baa3 borc reytinqi üzrə bir səviyyə aşağı salınması ehtimalı ilə baxılmasının mümkünlüyü barədə məlumat vermişdi.

"Bu ilk növbədə Moody's-in reytinqi yerləşdiyi suveren ölkələrin reytinqindən yüksək olan bankların sistemi dəstəkləməsi səviyyəsinin müəyyənləşdirməsi üzrə metodologiyasının dəyişməsi ilə bağlıdır", - Əkbərov bildirib.

Onun sözlərinə görə, metodologiyanın dəyişilməsi son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan böhran və bununla əlaqədar olaraq reytinq agentliklərinin tənqid edilməsi ilə bağlıdır.

ABB-nin reytinqi ölkə reytinqindən iki səviyyə yüksəkdir. ABB-nin Baa2 xarici valyutada reytinqi suveren Azərbaycanın reytinqinə bərabərdir, Baa2 milli valyutada reytinqi isə ölkənin anoloji reytinqindən (Ba/positive) iki səviyyə yüksəkdir. Belə ki, ABB-nin reytinqinin azalmasından sonra da onun reytinqi ölkə reytinqindən bir səviyyə yüksək olacaq.

Yenidən qiymətləndirmə 80 ölkədən 1100 bank qrupuna aid olacaq. İlkin qiymətləndirməyə görə, 50 ölkədən olan bankların 10-15 faizinin reytinqinin azalması gözlənilir. Bu əsasən reytinqi ölkəsinin reytinqindən kəskin surətdə fərqlənən banklara aid olacaq.  Belə ki, reytinqi ölkə reytinqindən iki səviyyə yüksək olan ABB reytinqin müəyyənləşdirilməsinin yeni metodoloji prinsiplərini əhatə edən bankların siyahısında ola bilər.

Xəbər lenti

Xəbər lenti