...

Azərbaycanda istehlak mallarının satışı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Babayeva /

"Yanvar-may aylarında Azərbaycanın ticarət şəbəkələri tərəfindən əhaliyə 4,6 milyard manatlıq mal satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,2 faiz çoxdur", - Azərbaycanın Dövlət Statistika Komitəsindən deyilib.

Ümumi həcmdən üç milyard manat ərzaq, 1,6 milyard manat qeyri-ərzaq məhsullarının payına düşüb. Hər iki satış həcmində ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10,8 və 3,1 faiz artım qeydə alınıb.

Bu dövrdə əhaliyə 1,4 milyard manatlıq pullu xidmət göstərilib. Artım 12,9 faiz təşkil edib.

Göstərilən xidmətlərin 79,8 faizi hüquqi, 20,2 faizi fiziki şəxslərin payına düşüb. Artım müvafiq olaraq 13,7 və 9,9 faiz təşkil edib.

Pərakəndə satışın 15,3 faizi hüquqi, 43,5 faizi fiziki şəxslər tərəfindən, təşkil olunmuş yarmarka və bazarlar daxilində realizə edilib. Satışın yalnız 41,2 faizi özəl sahibkarların payına düşüb.

Məqalə müəllifi ilə əlaqə nüvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti