...

Azərbaycan regionlarında sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2009 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend müxbir N.İsmayılova/

"İyunun 12-də İqtisadi İnkişaf Nazirliyi nəzdində Milli Sahibkarlığa Yardım Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Yevlax şəhərində keçirib", - nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Tədbirdə Yevlax, Bərdə və Tərtər rayonlarından olan 400-dən çox sahibkar iştirak edib.

Tədbir iştirakçıları Yevlax rayonunda Milli Fonddan müvəkkil kredit təşkilatları vasitəsilə bu yaxınlarda hər biri 2 milyon manat güzəştli kredit almış iki müəssisənin - "Lalə-Tekstil" MMC-də tikiş və trikotaj məhsullarının istehsalı prosesi və kimyəvi yuyucu vasitələr istehsal edəcək "Lalə-Kemikl" MMC-də aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə tanış olublar. Bu müəssisələrin tam istehsal gücü ilə fəaliyyətinin təmin olunması Yevlaxda 700-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

İyunun 12-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti