...

Azərbaycanın bank sistemi yeni prudensial hesabat verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2009 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend müxbir İ.Xəlilova /

Azərbaycan Mərkəzi Bankı (AMB) test rejimi ilə yeni prudensial hesabatın tətbiqinə başalyıb, bəzi banklar isə artıq AMB-yə yeni və köhnə prudensial hesabatları təqdim edirlər, şənbə günü AMB-nin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət üzrə Departamentin rəhbəri Rəşad Orucov bildirib.

"Biz hazırda banklardan daha çox təfsilat tələb edəcək yeni prudensial hesabat üzərində işimizi başa çatdırırırq. Yeni hesabat Mərəkəzi Banka hər bir bankdakı vəziyyəti dəqiqliklə öyrənməyə imkan yaradacaq",- Orucov deyib.

Onun sözlərinə görə, yeni hesabatın ilıin sonuna tətbiq edilməsi mümkündür.

"Yeni prudensial hesabatın dünya maliyyə böhranı ilə əlaqəsi yoxdur və biz bu barədə il yarım öncə düşünməyə başlamışıq,- AMB-nin nümayəndəsi bildirib. Sadəcə bu hər bir bank barədə təfsilatı ilə məlumat verir".

Bundan başqa, yeni hesabat  "Bazel-2" standartlarında (Mərkəzi Bankın bu standartalara keçid üçün xüsusi strategiyası var) da nəzərdə tutulub. Yeni hesabat üzrə tələblər "Bazel-2"-də nəzərdə tutulur, Orucov deyib.

""Bazel-2" haqqında rəsmi müqaviləyə keçid qərarından sonra, bu hesabat zəruri məlumatın əldə olunmasına imkan verəcək",- Mərkəzi Bankın nümayəndəsi bildirib.

"Bazel-2" standartları kapitalın hesablanmasının və risklərin qiymətləndirilməsinin mükəmməl metodudur. Aİ və böyük ölkələr hər il "Bazel-2"-yə keçidi təxirə salırlar, çünki onlar makroprudensial göstəriciləri qiymətləndirirlər və hesab edirlər ki, bu standartlara dərhal keçid maliyyə xidmətlərinin səviyyəsinə (keyfiyyət və kəmiyyət göstəriciləri) təsir edə bilər və bu iqtisadi artımı zəiflədərək real sektorun maliyyə xidmətlərinin azalmasına səbəb ola bilər

Xəbər lenti

Xəbər lenti