...

Azərbaycan İpoteka Fonduna 500-dən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir Ü.İsmayılova /  

"Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna (AİF) ipoteka kreditləşməsinin bərpa edildiyi gündən (1 iyun) ipoteka kreditinin alınması üçün 500-dən çox rəsmi müraciət daxil olub", - fondun şənbə günü yaydığı məlumatda deyilir.

"Müraciətlərin ümumi kredit həcmi 22 milyon manatdan çoxdur", - məlumatda bildirilir.

İyunun 16-na olan duruma əsasən, sosial kreditin alınması üçün 28 nəfər müraciət edib. Bu müraciətlər üzrə kreditin həcmi təxminən bir milyon manat təşkil edir.

Agent-bankların siyahısına 17 bank daxil edilib: Azərbaycan Beynəlxalq Bankı, Azerdemiryolbank, Azeriqazbank, AtaBank, Bank Avrasiya, Bank of Azerbaijan, Bank Standard, Bank Respublika, Gencebank, Kapital Bank, UniBank, Pasa Bank, Muganbank, Texnikabank, Turanbank, Xalq Bank, Zaminbank.

Əvvəllər AİF ipoteka kreditlərini 23 səlahiyyətli bank təşkilatı vasitəsilə yenidən maliyyələşdirmişdi. Fond ipoteka kreditləşməsini vəsait çatışmazlığı səbəbindən dayandırmışdı.

Azərbaycan İpoteka Fondu bu günədək səlahiyyətli banklar tərəfindən ayrılan ipoteka kreditlərini 63,3 mln. manat səviyyəsində təkrar maliyyələşdirib ki, bu da ipoteka portfelinin ümumi həcminin 93 faizini təşkil edir. 2006-cı ilin martından 2007-ci ilin iyunundək AİF-in mənzil alqısının maliyyələşdirilməsi üzrə fəal əməliyyatlar apardığı dövr ərzində banklar tərəfindən 67,9 mln. manat həcmində ipoteka krediti verilib.

Azərbaycanın 2005-2008-ci illərin dövlət büdcəsində AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün 94 milyon manat nəzərdə tutulub. Bu məbləğin 68 mln. manatı banklar vasitəsilə artıq verilib.

2009-cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsində 14,5 mln. manat nəzərdə tutulub.

İyunun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti