...

Azərbaycanın fond bazarında yarım il ərzində ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend /

"2009-cu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2.502,726 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövr göstəricisindən 37,79% aşağıdır", - birjanın cümə axşamı yayılan məlumatında deyilir.

Ümumi əqdlərin 93,02%-i Dövlət qiymətli kağızlarının payına düşüb.

Azalma əsasən DQK bazarına toxunub, bekə ki, notların ilkin və təkrar bazarında müvafiq olaraq 76,92% və 73,60% azalma müşahidə olunub. Həmçinin Repo əməliyyatları 36,77% azalıb, ümumilikdə isə DQK bazarı 40,86% azalıb.

Ümumilikdə KQK bazarı 2,01 dəfə artıb. Korporativ istiqrazların təkrar bazarı 3,8 dəfədən artıq artıb.

Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb - bu sektorda əməliyyatların həcmi 237 dəfə olub. Səhmlərin və istiqrazların ilkin bazarlarının həcmi isə müvafiq olaraq 49,80% və 26,86% artıb.

Həmçinin birja fəallığının artımı Dİ ilkin və təkrar bazarında hiss olunur, bu, müvafiq olaraq 2,07 və 8,6 dəfə olub.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

(yanvar-iyun 2009)

Bazarın seqmentləri

2009 (30.06.09)

2008 (30.06.08)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) - (yerləşdirmə)

260.007.253,14

143

125.025.752,90

102

207,96%

Dİ (AR MN) - 

(təkrar bazar)

139.423.136,70

74

16.194.394,92

24

860,93%

Notlar (AR MB) - (yerləşdirmə)

217.871.863,12

131

944.027.512,34

368

23,08%

Notlar (AR MB) -

(təkrar bazar)

65.785.072,32

37

249.148.298,00

188

26,40%

Repo əməliyyatları

1.644.841.375,16

404

2.601.556.239,67

843

63,23%

DQK bazarı cəmi

2.327.928.700,44

789

3.935.952.197,83

1,525

59,15%

Korporativ istiqrazlar - (yerləşdirmə)

15.097.500,00

15

11.900.616,50

38

126,86%

Korporativ istiqrazlar - (təkrar bazar)

29.790.733,40

18

7.810.726,77

57

381,41%

Səhmlər - (yerləşdirmə)

100,461,844.60

392

67,065,800.20

291

149.80%

Səhmlər - (təkrar bazar)

29,447,875.10

1,523

123,827.80

217

23781.31%

KQK bazarı cəmi

174,797,953.10

1,948

86,900,971.27

603

201.15%

Cəmi

2,502,726,653.54

2,737

4,022,853,169.10

2,128

62.21%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzii Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK - Korporativ qiymətli kağızlar

İyulun 2-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti