...

Bakı metrosunda gediş haqqı tarifləri qaldırılmayacaq - Metropoliten rəisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 17:45 (UTC +04:00)
Bakı metrosunda gediş haqqı tarifləri qaldırılmayacaq - Metropoliten rəisi

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Bakı metropolitenində bir gediş haqqının maya dəyəri 0,65 manat olmasına baxmayaraq, gediş haqqı əvvəlki tariflədir - 0,05 manata bərabərdir. Qiymətlər qaldırılmayacaq", - cümə günü Bakı metropoliteninin rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Bu məsləyə baxılmır", - Əhmədov bildirib.

Bakı metropoliteninin sutkalıq iş rejiminin vaxtının artırılması məsələsinə toxunan Əhmədov bildirib ki, ay ərzində metropoliten istifadə olunan elektrik enerjisi üçün 500 min manat vəsait ödəyir.

Metronun işinin saat 05:30-dan başlamasından sonra (hazırda metro saat 6:00-dan işə başlayır) yarım saat ərzində metropolitenin xidmətlərindən istifadə edənlərin sayı 80 nəfər təşkil edib ki, bu da dörd manat təşkil edir (gediş haqqı). Bu zaman elektrik enerjisi ayda 50 min manat artır. Buna görə də metropoliten işə yarım saat öncə başlamağı məqsədəuyğun hesab etmir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti