...

Azərbaycanın ən böyük bankı xarici borcların cəlb edilməsi üzrə sərmayədarlarla danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir İ.Хəlilova /

"Azərbaycan Beynəlxalq Bankı (ABB) 2009-cu ildə xarici borcların cəlb edilməsini davam etdirmək niyyətindədir və bugünlərdə Londonda dünyanın məşhur sərmayədarları ilə görüşlər keçirib", - ABB-nin İdarə Heyətinin sədr müavini Vaqif Əkbərov deyib.

"Danışıqlar davam etdirilir və təbii ki, bunun nəticə verməsi üçün yaxşı platforma, kredit resurslarının cəlb edilməsi üçün isə baza lazımdır", - Əkbərov bildirib.

Onun sözlərinə görə, hazırda sindikatlaşdırılmış kreditin cəlbedilməsi üzrə danışıqlar davam etdirilir və ona hələ "nöqtə qoyulmayıb".

Bu günə qədər ABB artıq cəlb etdiyi xarici borcların bir milyard dollarından çoxunu qaytarıb. Bir müddət əvvəl ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevin dediyi kimi, borclar hökumət və Mərkəzi Bankın köməyi olmadan geri qaytarılıb ki, bu da bankın dayanıqlılığını göstərir.

"Xarici kreditləri dövlət təminatı olmadan necə cəlb etmişiksə, eləcə də öz ehtiyatlarımız vasitəsilə qaytarmışıq", - Hacıyev bildirib.

İyulda sindikatlaşdırılmış kredit üzrə daha 100 milyon dollardan çox ödəmə gözlənilir. Bankın borcu yalnız subordinə edilmiş kredit üzrə qalır ki, onun da qaytarılma müddəti səkkiz ildir. Bu kreditin vəsaitləri bankın kapitalına daxil edilir.

Dünya maliyyə böhranı səbəbindən beynəlxalq kapital bazarında likvidlik problemi nəzərə çarpır, ona görə də xarici borcların cəlb edilməsi ilə bağlı (həmçinin Azərbaycan bank sektoru üçün) bu gün bəzi çətinliklər yaranır.

Azərbaycan banklarının cəlb etdiyi 2,5 milyard dollarlıq xarici borcun yarısı ABB-nin payına düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti