...

Türkmənistan Parlamenti "Kiçik və orta sahibkarlığın dövlət himayəsi haqqında" qanun layihəsini hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 12:18 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 09 iyul / Trend , müxbir Q.Həsənov /

Türkmənistan Parlamenti "Kiçik və orta sahibkarlığın dövlət himayəsi haqqında" qanun layihəsini hazırlayıb, Türkmənistanın rəsmi mənbəyri xəbər verib.

Türkmənistan bazar münasibətlərinə keçmək haqda ilk dəfə 2008-ci il sentyabrda yenilənmiş Konstitusiyasında elan edib. Keçid dövründə əsasən kiçik və orta biznesin inkişafı diqqət mərkəzində olacaq. 2020-ci ilə ölkə iqtisadiyyatında özəl sektorun payı (energetika və digər strateji sahələr nəzərə alınmadan) 70% təşkil edəcək.

Hazırki mərhələdə Türkmənistan hüquqi-normativ baza hazırlayır. Əmtəə-xammal, valyuta birjası, əmək birjası formalaşıb, azad topdansatış üçün imkanlar hazırlanır. Prezidentin qərarı ilə dövlət bankalar özəl biznes layihələri üçün kredit ayira bilərlər. Bundan əlavə, ölkədə digər yeni bazar infrastruktur institutları, əmtəə bazarı, fond bazarı, qiymətli kağızlar bazarı, məlumat, məsləhət və audit mərkəzləri yaratmaq planlaşdırılır.

Ümumdünya iqtisadi böhran fonunda Türkmənistan hakimiyyəti "özəl sektorun hesabına əhalinin əsas məşğulluğu və gəlirinin artırılmasının mümkün olduğunu göstərir".

Rəsmi mənbənin verdiyi məlumata görə, Məclis həmçinin  "Təhsil", "Elmi işçinin hüquqi statusu" , "Şüalanma təhlükəsizliyi"  barədə qanunlar və bir sıra digər hüquqi aktlar da hazırlayıb.

Xəbər lenti

Xəbər lenti