...

Azərbaycanda İT şirkətlərinin istiqrazlarının yerləşdirilməsinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2009 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend /

İyulun 15-dən etibarən "AZEL" QSC-nin faizli sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılacaq. Bu barədə çərşənbə axşamı Bank Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Bir istiqrazın qiyməti 100 dollar olduğu halda emissiya həcmi 3 milyon dollar təşkil edir. Dövriyyə müddəti 730 gün olmaqla, istiqrazlar üzrə illik faiz dərəcəsi 14 faiz təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə BFB-yə açıq abunə metodu ilə həyata keçiriləcək. Yerləşdirmənin anderrayteri rolunda "Yapı Kredi Invest" MMC çıxış edəcək. İstiqraz əldə etmək üçün şəxslər BFB üzvü olan və broker lisenziyası olan təşkilatlara müraciət edə bilərlər.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti