...

2010-cu ildə Azərbaycanda dövlət xətti ilə güzəştli kreditin verilməsi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 18:26 (UTC +04:00)
2010-cu ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondunun kredit portfeli 150 milyon manata qədər artırıla bilər.

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir N.İsmayılova /

2010-cu ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondunun (SYMF) kredit portfeli 150 milyon manata qədər artırıla bilər. Bunu cümə günü fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"Hazırda 2010-cu ilə dövlət büdcəsinin vəsaitinə və əvvəl verilmiş kreditlərin qaytarılmasına əsaslanacaq proqnozların tərtib edilməsi üzrə araşdırma aparılır. Bu vəsaitlərin hesabına SYMF-in büdcəsi gələn il 2009-cu ilin göstəricisini keçərək təxminən 140-150 milyon təşkil edəcək", - Abdullayev deyib.    

Onun sözlərinə görə, bu, ilkin proqnazlardır və onlar İqtisadi İnkişaf Nazirliyində bir daha nəzərdən keçiriləcək.

"Xarici mənbələrdən əlavə vəsaitin cəlb edilməsi də istisna edilmir və buna görə də bu məbləğ proqnazlaşdırılan səviyyədən çox ola bilər", - Abdullayev deyib.

2009-cu ildə fondun xətti ilə 130 milyon manat güzəştli kreditin verilməsi planlaşdırılır. Ondan 74 milyon manat büdcə vəsaitinin, 56 milyon manat isə əvvəl verilmiş kredit resurslarının payına düşür.  

İyulun 17-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti