...

Azərbaycanda 200 kiloqrama yaxın istifadəyə yararsız ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 16:38 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti çərşənbə axşamı istehlak bazarında aparılan növbəti monitorinqlər zamanı təxminən 200 kiloqram istifadəyə yararsız ərzaq məhsulları aşkarlayıb, satışdan çıxarılaraq məhv edib.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti çərşənbə axşamı istehlak bazarında aparılan növbəti monitorinqlər zamanı təxminən 200 kiloqram istifadəyə yararsız ərzaq məhsulları aşkarlayıb, satışdan çıxarılaraq məhv edib. Bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Monitorinqlər Bakının Nəsimi, Binəqədi rayonlarında, eləcə də Gəncə şəhərində və Xaçmaz rayonunda keçirilib.   

Bakının yuxarıda göstərilən rayonlarındakı mağazalardan vaxtı ötmüş kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici işkilər və s. götürülüb. 

İstehlakçıların hüquqlarını pozan altı fiziki şəxs barəsində inzibatı xətalar barədə protokol tərtib olunub.

Mayın 17-dən Azərbaycan Prezidentinin "İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ediməsi barədə" fərmanından sonra 39 hüquqi şəxsə 152,5 min manat, 225 fiziki şəxsə 338 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam etdirilir.

İyulun 29-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti