...

Azərbaycan bankı Bank Avrasiyanın aktivləri ilin birinci yarısında artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 19:04 (UTC +04:00)
Bank Avrasiyanın aktivləri iyulun 1-nə 48,14 milyon manat təşkil etməklə ilin əvvəlindəki göstəricini 6,6 faiz üstələyir.

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir N.İsmayılova /

Bank Avrasiyanın aktivləri iyulun 1-nə 48,14 milyon manat təşkil etməklə ilin əvvəlindəki göstəricini 6,6 faiz üstələyir. Bu barədə bankdan məlumat verilib.

İlin birinci yarısında müştərək capital 4,4 faiz artaraq 21,3 milyon manat təşkil edib. Nizamnamə kapitalı 20 milyon manatdır. Bankın xalis gəliri, ilin birinci yarısının yekunlarına görə, 919,04 min manat təşkil edib.

Bankın kredit portfeli ilin birinci yarısında 21,9 faiz - 22,1 milyon manatadək azalıb. Bankın depozit portfeli 1,9 faiz artaraq 21,3 milyon manat təşkil edib.

Bank Avrasiyaya universal bank lisenziyası 2007-ci ilin noyabrında verilib.

İyulun 29-na olan cari məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti