...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun mədaxili il ərzində təxminən 20 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2009 12:50 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəliri ilin birinci yarısında 759 milyon manat olub ki, bu da ötən ilin anoloji dövründəki göstəricini 19 faiz üstələyir.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun mədaxili il ərzində təxminən 20 faiz artıb

Azərbaycan, Bakı, 03 avqust / Trend , müxbir N. İsmayılova /

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun gəliri ilin birinci yarısında 759 milyon manat olub ki, bu da ötən ilin anoloji dövründəki göstəricini 19 faiz üstələyir. Bu barədə Fonddan məlumat verilib.

Fondun məlumatında deyildiyi kimi, ilin birinci yarısındakı fəaliyyətin yekunlarını və qarşıda duran məsələləri müzakirə etmək üçün geniş kolleqa iclası keçirilib.

Məcburi dövlət sosial sığortasından gələn gəlirin həcmi hesabat dövrü ərzində 25,3 faiz artaraq 490 milyon manata çatıb. Bunun 56,4 faizi büdcədənkənar təşkilatların payına düşür. Bu təşkilatların sosial sığorta üzrə ödəmələri 16,6 faiz artıb.

"İlin əvvəlində büdcəyə daxil olan və qalıq vəsaitin səviyyəsi pensiya və maddi yardımların vaxtında ödənilməsinə imkan verib", - məlumatda deyilib.

İlkin məlumatlara görə, ilin birinci yarısı ərzində Fondun məxarici 825 milyon manat təşkil edib. Bu da ötənilki göstəricini 206 milyon manat və ya 33,2 faiz üstələyir. Bu vəsaitdən 97 faiz (801 milyon manat) əhaliyə ödəmələrə xərclənib ki, bu da keçən ilin birinci yarısındakı göstəricidən 33 faiz (199 milyon manat) çox olub.    

İclasda Azərbaycan Prezidentinin 30 dekabr 2008-ci ildə təsdiq etdiyi 2009-2015-ci illərdə Azərbaycanda pensiya sığortası sisteminin inkiafı Dövlət Proqramında nəzərdə tutulmuş 2009-cu il üçün tədbirlərin icrasının müzakirəsi də aparılıb.

Avqustun 3-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti