...

Azərbaycanın ən böyük metallurgiya müəssisəsi istehsal etdiyi məhsula tələbatın azaldığını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir İ.Хəlilova /

"Azərbaycanda tikinti bazarı həcminin azalması Baku Steel Company (BSC) MMC - Azərbaycanın ən böyük metallurgiya müəssisəsinin istehsalat prosesinə təsir edib", - çərşənbə axşamı MMC-dən deyilib.

"Armatura olan tələbat 35 faizdən çox azalıb. 2007-2008-ci illərdəki tikinti bumu zamanı BSC-də istehsal həcminin maksimumu ildə 280 min tona çatırdısa, 2009-cu ildə biz onun səviyyəsini 170-200 min ton həcmində gözləyirik", - MMC-dən bildirilib.

BSC-nin istehsal gücü ildə 350 min ton təşkil edir.

Ötən il şirkət metal xammalının çatışmazlığı səbəbindən fəaliyyətini dəfələrlə dayandırıb, ancaq bu gün, müəssisədən deyilənə görə, qəbul məntəqələrinin nizamlı işi və məntəqələrin işlərində qarşılıqlı koordinasiya səbəbindən ortaya problemlər çıxmır. Armatura olan tələbatın səviyyəsinə uyğun olaraq daxili bazardan 400-700 ton metal xammalı yığmaq kifayət edir.

Normal istehsalat prosesi üçün təxminən 1-1,5 min ton metal xammalı tələb olunur.

"Ümumilikdə, tikinti işlərinin azalması ölkədəki metallurgiya müəssisələrinin - kiçik sexlər, minizavodların fəaliyyətinə təsir edib. Buna görə də Baku Steel Company demək olar ki, yeganə armatur istehsalçısıdır, - BSC-dən deyilib. - Bu da bizə armatura olan tələbatın artımı dövründə metal xammalı ehtiyatı yaratmaq imkanı verir".

BSC qəbul edilən xammala olan qiyməti bir tona görə 115 manata (əvvəllər 200 manat idi) endirib. Buna səbəb hazır məhsulun qiymətinin enməsidir. Armaturun tonu 530 manatdır. İlin əvvəlində bu rəqəm 620 manat olub. Ötən il isə bir ton armatur 1,1 min manata belə satılırdı.

Baku Steel Company bu günlərdə yenidən qeydiyyatdan keçərək, mülkiyyət formasını MMC-yə dəyişib. MMC-nin nizamnamə kapitalı 36 milyon manat təşkil edir.

Avqustun 25-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti