Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.İsmayılov /
Bakı metropoliteninin "İçərişəhər" stansiyasının işi sentyabrın 15-dən bərpa olunacaq. Bu barədə cümə axşamı metropolitendəki mənbədən məlumat verilib. Metrostansiya Almaniya istehsalı olan üç eskalatorın quraşdırılması üçün bağlanıb.
"Stansiyada işlər davam etdirilir və hələ başa çatmayıb, lakin stansiyanın vaxtında - sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılır", - mənbədən deyilib.
Mənbədən bildirildiyi kimi, hazırda bir eskalatorun montaji davam etdirilir. Qalan iki eskalatorın quraşdırılması artıq başa çatdırılıb və hazırda onların nizamlanması aparılır. "Stansiyada iş hələ çoxdur, lakin vaxtında istifadəyə veriləcək", - mənbədən deyilib.
Bi müddət əvvəl digər mənbənin məlumatına görə, Almaniya istehsalı olan üç eskalatorun dəyəri beş milyon dollar qiymətləndirilir.
Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 21 stansiyadan ibarətdir. İlin sonunadək 22-ci - "Azadlıq" stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]