...

BP və Azərbaycanın birgə işləri müsbət nəticəsini verib - BP Azerbaijan şirkətinin eks-prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2009 16:58 (UTC +04:00)
"BP və Azərbaycanın 15 il bundan öncə başlayan birgə işi öz müsbət nəticəsini verib. Hazırda Azərbaycan yüksək sürətlə inkişaf edir və mən şadam ki, bu inkişafa müəyyən töhfə vermişəm", - Bakıda çərşənbə axşamı "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş tədbirdə BP Azerbaijan şirkətinin eks-prezidenti Uilyam Şreder bildirib.
BP və Azərbaycanın birgə işləri müsbət nəticəsini verib - BP Azerbaijan şirkətinin eks-prezidenti

Azərbaycan, Bakı, 15 sentyabr / Trend /

"BP və Azərbaycanın 15 il bundan öncə başlayan birgə işi öz müsbət nəticəsini verib. Hazırda Azərbaycan yüksək sürətlə inkişaf edir və mən şadam ki, bu inkişafa müəyyən töhfə vermişəm", - Bakıda çərşənbə axşamı "Əsrin müqaviləsi"nin 15 illiyinə həsr olunmuş tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüş zamanı BP Azerbaijan şirkətinin eks-prezidenti Uilyam Şreder bildirib.

"BP Azərbaycan hökuməti və ARDNŞ ilə möhkəm münasibətlər qurub. Şirkət bu münasibətləri indiyə kimi heç bir ölkə ilə qurmayıb", - Şreder deyib.

Tədbir zamanı Şreder ARDNŞ prezidenti Abdullayevə gələcək fəaliyyətində uğurlar arzulayıb və bütün neftçiləri sentyabrın 20-də qeyd olunacaq peşə bayramı münasibətilə təbrik edib.

Avqustda Rəşid Cavanşir BP Azerbaijan-ın prezidenti vəzifəsində Uilyam Şrederi əvəz edib.

Xəbər lenti

Xəbər lenti