Bakı, Azərbaycan, 12 oktyabr / Trend /
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Göyçay-Konyak Zavodu" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb, bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılan məlumatında deyilir. Emissiya prospektinə əsasən yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Emissiyanın həcmi 883 604 AZN , hər birinin nominal dəyəri 2 AZN olan qiymətli kağızın miqdarı 441 802 ədəd təşkil edir. Zavodun istiqrazlarının yerləşdirilməsində anderrayter qismində "Chelsea Capital" çıxış edir.
Oktyabrın 12-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.