Bakı, Azərbaycan, 14 oktyabr / Trend /
Noyabrda Bakıda "Bəşər kapitalı. Dövlət. Biznes" mövzusunda I beynəlxalq konfrans keçiriləcək. 25-26 noyabrda keçiriləcək konfrans proqramına təcrübə məruzələri və master-klass, "dəyirmi masa" rejimində müzakirə və işlər daxildir. Konfransda Azərbaycan, Qazaxıstan, Latviya, Rusiya, ABŞ-dan olan 15 spiker iştirak edəcək. Konfransın təşkilatçısı Allianze Group-dur.
"Konfrans hər bir iştirakçının MDB və Avropadakı ən yaxşı təcrübələrlə tanış olacağı platformadır", - Allianze Group-un baş direktoru Ülvi Ağayev deyib.
Qeydiyyat və iştirakın mələği haqqında məlumatı Allianz Group-dan əldə etmək olar. Əlaqə tel: 465 00 36/37, (055) 276 76 00, e-mail: [email protected]
TREND və Day.az İnformasiya Agentliyi Beynəlxalq Bank Konfransına informasiya dəstəyi göstərir.