...

ABŞ Dövlət Departamenti Azərbaycan kəndlərinin əhalisinin işməli su ilə təminatını maliyyələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2009 13:30 (UTC +04:00)
Cümə axşamı Gədəbəy rayonunun Düz Rəsullu kəndində Counterpart International Community & Humanitarian Assistance Program (CHAP) layihəsi çərçivəsində inşa edilmiş 71 tonluq yeni su hovuzunun açılışı olub, ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
ABŞ Dövlət Departamenti Azərbaycan kəndlərinin əhalisinin işməli su ilə təminatını maliyyələşdirib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Cümə axşamı Gədəbəy rayonunun Düz Rəsullu kəndində Counterpart International Community & Humanitarian Assistance Program (CHAP) layihəsi çərçivəsində inşa edilmiş 71 tonluq yeni su hovuzunun açılışı olub, ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hovuzun inşa edilməsi üçün ABŞ Dövlət Departamenti 12 min dollar ayırıb, qalan 7,209 min dollar isə yerli icra hakimiyyəti və kənd sakinləri tərəfindən verilib.

Hovuz 80-dən çox yerli sakini, 250-dək orta məktəb müəllim və şagirdlərini, həmçinin 2007-ci ildə layihə çərçivəsində tikilən tibb məntəqəsənin xəstələrini işməli su ilə təmin edəcək.

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi CHAP çərçivəsində 1997-ci ildən Azərbaycana ümmumi məbləği 60 milyon dollar olan, qaçqın və məcburi köçkünlər, əlillər, çoxuşaqlı ailələr, kasıb və ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan 495 konteyner humanitar yardım göstərilib.

Azərbaycanın 52 rayonunda yaşayan bir milyondan artıq insana ərzaq, paltar, tibbi avadanlıq, gündəlik qida rasionu, çadır, yataq ləvazimatı, mebel ləvazimatı şəklində də humanitar yardım göstərilib.

CHAP 1965-ci ildə yaradılıb və o vaxtdan bəri dünyanın 35 ölkəsində çoxsaylı dinamik proqramlar həyata keçirib.

Xəbər lenti

Xəbər lenti