Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Yardım Milli Fondu (
Görüş çərçivəsində səlahiyyətli kredit təşkilatlaı tərəfindən Azərbaycanın Ağcabədi, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Yevlax, İmişli, Ucar, Biləsuvar, Neftçala rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 100-dən artıq sahibkara bir milyon manatdan artıq kredit verilib. Güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən layihələr 150-dən artıq iş yerinin açılmasına kömək edəcək.
İlin əvvəlindən SYMF-nin Ağcabədi rayonunda keçirdiyi görüşlər nəticəsində verilən kreditlərin ümumi həcmi 103.2 milyon manat təşkil edib. Kredit alan sahibkarların sayı isə 1.8 milyon nəfərdən artıqdır. Güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən layihələr nəticəsində 7.2 min iş yeri açılıb.